“Real”ın avstriyalı mərkəz müdafiəçisi David Alaba İspaniya La Liqasında ən çox əməkhaqqı alan futbolçudur.
Arena.az bu barədə Fransanın nüfuzlu “Ekip” nəşrinə istinadən məlumat verir.
Alabanın maaşı ayda 1,88 milyon avro məbləğindədir.
Siyahının 2-ci pilləsində “Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski qərarlaşıb. Daha dörd oyunçu eyni məbləğdə maaşla öz aralarında 3-6-cı yerləri bölüşdülər.
İspaniya La Liqasının ən çox maaş alan futolçularının ilk üçlüyünü təqdim edirik:
- David Alaba (“Real”) – ayda 1,88 milyon avro;
- Robert Levandovski (“Barselona”) – ayda 1,87 milyon avro;
- Vinisius Junior (“Real”) – ayda 1,67 milyon avro;
- Cud Bellingem (“Real”) – ayda 1,67 milyon avro;
- İlkay Gündoğan (“Barselona”) – ayda 1,67 milyon avro;
- Yan Oblak (“Atletiko”, Madrid) – ayda 1,67 milyon avro.



