Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba bu mövsümün sonunda Münhen təmsilçisindən ayrılacaq.
Arena.az xəbər verir ki, avstriyalı futbolçu bu barədə qərarını bu gün təşkil etdiyi mətbuat konfransında bəyan edib.
28 yaşlı cinah oyunçusu artıq yekun qərarını verdiyini bildirib: “Yeni macəra yaşamaq üçün “Bavariya”dan ayrılmağa qərar verdim. Asan qərar olmadı. 13 ildir bu komandanın üzvüyəm, klub mənə doğmadır və böyük anlam kəsb edir. Hələ hara gedəcəyimi bilmirəm. Agentlərim digər klublarla danışırlar”.
Qeyd edək ki, Avstriya millisinin də üzvü olan futbolçunun “Real”la anlaşdığı iddia olunur. Alabanın “Bavariya” ilə müqaviləsi mövsümün sonuna qədərdir. O, yeni klubuna azad agent kimi keçəcək.