David De Xea “Əl-Nəsr”dən təklif aldı

“Mançester Yunayted”lə müqaviləsi iyunun 30-da başa çatmış ispan qapıçı David de Xea Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan təklif alıb.

Arena.az bu barədə AS dərgisinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Əl-Nəsr” 32 yaşlı de Xeaya həftəlik 290 min avroya qədər məvacib ödəməyə hazırdır. De Xea “Mançester Yunayted”də həftədə 403,65 min avro məvacib alıb. “Qırmızı şeytanlar”ın yeni təklif etdiyi razılaşmanın şərtinə görə isə de Xeanın maaşı xeyli azaldılıb.

Daha əvvəl bildirilmişdi ki, “qırmızı şeytanlar” ispan qapıçının müqavilə müddətinin başa çatmasına rəğmən, De Xeanın hələ də yeni kluba keçməməsini tələb edirlər. “Mançester Yunayted” bu yay başqa bir qapıçı ala bilməyəcəyi halda, De Xeanı ehtiyat oyunçu kimi saxlamaq niyyətindədir. De Xeanın “Mançester Yunayted”də qalmaq istəyinə rəğmən, klubun yaratdığı belə əcaib vəziyyət ictimai qınaqla qarşılanıb. “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand klubun De Xeaya münasibətdə müvafiq davranışını yolverilməz hesab edərək, tənqidlə çıxış edib.

Gedirdə qalmış mövsüm ərzində David De Xea “qırmızı şeytanlar”ın heyətində 58 oyun keçirib, 61 qol buraxıb, 25 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı De Xeanı 13 milyon avro məbləğində qiymətləndirir.