İspan qapıçı David de Xea yay transfer pəncərəsində İngiltərənin “Mançester Yunayted” klubundan ayrılmaq istəmir.
Arena.az bu barədə “The Telegraph”a istinadən xəbər verir.
Məlumatda bildirir ki, futbolçu məşqçilər qərargahı və rəhbərliklə görüşüb komandada qalmaq istədiyini bildirib. Vurğulanır ki, De Xea “Mançester Yunayted”in ehtiyat qapıçısı roluna hazırdır.
32 yaşlı David De Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir. Qapıçı əvvəllər yalnız Madrid “Atletiko”sunda oynayıb.
2022/2023 mövsümündə De Xea “Mançester Yunayted”in heyətində 58 oyuna çıxıb, 61 qol buraxıb, 25 oyunda qapısını “quru” saxlayıb.
De Xea 2013-cü ildə “qırmızı şeytanlar”la Premyer Liqa çempionluğunu qazanı qazanıb. Ümumilikdə De Xeanın “Mançester Yunayted”lə qazandığı səkkiz kuboku var.
“Transfermarkt” internet-portalı David De Xeanı 13 milyon avro məbləğində qiymətləndirir.


