David Rayya “Tottenhem”lə müqavilə imzalamağa yaxındır

Brentford”un və İspaniya yığmasının qapıçısı David Rayya İngiltərənin digər təmsilçisi “Tottenhem”lə müqavilə imzalamağa yaxındır.

Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbədən alınmış məlumata görə “Tottenhem” rəhbərliyi Rayya ilə razılıq ərəfəsində onun şəxsi müqaviləsinin bütün şərtləri ilə bağlı son sualları müzakirə edir. Uzunmüddətli müqavilənin yaxınlarda bağlana biləcəyi deyilir.

Rayyanın “Tottenhem”in düşərgəsinə keçid üçün hazır olduğu bildirilir. Ancaq həlledici məqam hər iki klubun sonrakı danışıqları zamanı əldə edilə biləcəyi mümkün razılıqdır. Belə ki, “Brentford”un “oxuduğu” 45 milyon avroluq məbləğ “Tottenhem” rəhbərliyi tərəfindən hələ də razılaşdırılmayıb.

27 yaşlı qapıçının “Brentford”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış mövsüm ərzində David Rayya “Brentford”un heyətində 39 oyunda meydana çıxaraq 47 qol “yeyib”, 12 oyunda qapısını “quru” saxlaya bilib.

Daha əvvəl Premyer Liqadan adı çəkilməyən daha bir klubun Rayyaya maraq göstərdiyi haqda məlumat yayılmışdı.

“Transfermarkt” internet-portalı David Rayyanı 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: