“Real”ın baş məşqçisi Karlo Ançelottinin oğlu və köməkçisi olan Davide Ançelotti müstəqil məşqçilik fəaliyyətinə başlamağa hazırdır.
Arena.az jurnalist Ramon Alvares de Muna istinadən məlumat verir ki, Davide İspaniya, İngiltərə və İtaliyadan hər hansı klubu çalışdırmağa hazırdır.
Mənbənin məlumatına görə, Davide Səudiyyə Ərəbistanı klublarından bir neçə təklif alsa da, italyan mütəxəssis bu təklifləri rədd edib. Eyni zamanda, Kiçik Ançelotti İspaniya, İngiltərə və İtaliya komandalarından maraqlı təklif alacağı təqdirdə “Real”ın məşqçilər qərargahından ayrılmağa hazırdır. 34 yaşlı mütəxəssis müstəqil baş məşqçi karyerasına başlamaq üçün köməkçi vəzifəsini də tərk etmək niyyətindədir.
Davide Ançelotti karyerasına PSJ və “Real”da fitnes məşqçisi kimi başlayıb. Daha sonra “Bayern”, “Napoli” və “Everton”da atası Karlonun köməkçisi olub.

/cdn.vox-cdn.com/uploads/chorus_image/image/72180044/1481748700.0.jpg)






