Davide Nikola – “Kalyari”nin yeni baş məşqçisi

İtaliyalı futbol mütəxəssisi Davide Nikola A Seriyasında mübarizə aparan “Empoli” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssislə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb. O, bu postda ötən mövsüm bitən kimi komandadan ayrılan və məşqçilik karyerasını bitirməyə qərar vermiş Klaudio Ranyerini əvəz edib.

Davide Nikolanın sonuncu iş yeri “Empoli” olub. O, bu ilin yanvar ayından çalışdırdığı komandadan iyulun 2-də ayrılmışdı.

Davide Nikola “Empoli”ni bütövlükdə 18 oyuna çıxarıb. Komanda bu görüşlərdə 6 qələbə qazanıb, 5 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb.

İtalyan mütəxəssis “Empoli”dən öncə “Salernitana”, “Torino”, “Cenoa”, “Udineze”, “Krotone”, “Bari”, “Livorno” kimi klublarda da baş məşqçi kimi çalışıb.