Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatı (DÇ-2022) davam edir. Arena.az xəbər verir ki, bu gün mundialın 1/8 final mərhələsinə yekun vurulub. Sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeş yığması ilə qarşılaşıb. Argentinalı FİFA referisi Fernando Rapallininin idarə etdiyi bu matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən mərakeşlilər sürprizə imza ataraq 1/4 finala yüksəliblər.
1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə yığmaları münasibətlərinə aydınlıq gətiriblər. Qarşılaşmanın baş hakimi maksikalı Sesar Arturo Ramos olub. Məhsuldar alınan bu görüşün sonunda sevinən tərəf Portuqaliya yığması olub.
Beləliklə, son olaraq Portuqaliya və Mərakeş yığmaları 1/4 finala yüksəliblər. Daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları da növbəti mərhələyə vəsiqə qazanmışdılar.
DÇ-2022
1/8 final
6 dekabr
Mərakeş – İspaniya 0:0 (penaltilər 3:0)
Baş hakim: Fernando Rapallini (Argentina).
“Edukeyşn Siti” stadionu.
Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aqerd, 6. Romen Saiss (k), 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Selim Amalla, 17. Sofyan Bufal, 19. Yussef En-Nesiri, 7. Hakim Ziyeş.
İspaniya: 23. Unay Simon, 24. Emerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets (k), 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres.
Portuqaliya – İsveçrə 6:1
Qol: Qonsalo Ramos, 17; 51; 67. Pepe, 33. Rafael Gerreyro, 55. Rafael Leao, 90+2 – Manuel Akanci, 58.
Baş hakim: Sesar Arturo Ramos (Meksika).
“Lusail” stadionu.
Portuqaliya: 22. Dioqo Kosta, 2. Dioqo Dalot, 3. Pepe (k), 4. Ruben Dias, 5. Rafael Gerreyro, 8. Bruno Fernandes, 10. Bernardo Silva, 11. Joao Feliks, 14. Vilyam Karvalyo, 25. Otavio Monteyro, 26. Qonsalo Ramos.
İsveçrə: 1. Yan Zommer, 2. Edimilson Fernandes, 5. Manuel Akanci, 7. Brel Embolo, 8. Remo Froyler, 10. Qranit Caka (k), 11. Rikardo Rodriqes, 15. Cibril So, 17. Ruben Varqas, 22. Fabian Şer, 23. Cerdan Şakiri.
1/4 finalda qarşılaşacaq komandalar
Bu gecə başa çatan 1/8 final oyunlarından sonra mundialda 2 günlük fasilə yaranıb. DÇ bir də dekabrın 9-da 1/4 final oyunları ilə bərpa olunacaq. Həmin gün Xorvatiya – Braziliya və Niderland – Argentina matçları keçiriləcək.
Dekabrın 10-da isə bu mərhələyə Mərakeş – Portuqaliya və İngiltərə – Fransa matçları ilə yekun vurulacaq.
Yarımfinal görüşləri dekabrın 13 və 14-də, 3-cü yer uğrunda matç dekabrın 17-də, final oyunu isə dekabrın 18-də keçiriləcək.
1/4 final
9 dekabr
19:00.Xorvatiya – Braziliya
23:00. Niderland – Argentina
10 dekabr
19:00. Mərakeş – Portuqaliya
23:00. İngiltərə – Fransa