DÇ-2022: Argentina xal itirdi, Braziliya qalib gəldi

Futbol üzrə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 10-cu turuun oyunları keçirilib. Arena.az xəbər verir ki, lider Braziliya yığması bu turda Venesuelanı məğlub edib – 3:1.

Turnir cədvəlinin 2-ci pilləsində yer alan Argentina Paraqvayla qarşılaşıb. Bu matçda qapılara qol vurulmayıb. Uruqvay – Kolumbiya görüşü də qolsuz yekunlaşıb.

Ekvador yığması isə doğma meydanda Boliviyanı 3 cavabsız qolla üstələyib.

Turun son matçında Peru və Çili milli komandaları üz-üzə gəliblər. Görüş Perunun 2:0 hesablı qələbəsiylə başa çatıb.

DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur
8 oktyabr

Paraqvay – Argentina 0:0

Uruqvay – Kolumbiya 0:0

Venesuela – Braziliya 1:3
Qol: Erik Ramires, 11 – Markinyos, 71. Qabriel Barbosa, 85-pen. Antoni, 90+5.

Ekvador – Boliviya 3:0
Qol: Mikael Estrada, 14. Enner Valensiya, 17; 19.

Peru – Çili 2:0
Qol: Kristian Kueva, 35. Serxio Penya, 64.

Turnir cədvəlində vəziyyət belədir:

  1. Braziliya – 27
  2. Argentina – 19
  3. Ekvador – 16
  4. Uruqvay – 16
  5. Kolumbiya – 14
  6. Paraqvay – 12
  7. Peru – 11
  8. Çili – 7
  9. Boliviya – 6
  10. Venesuela – 4