Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatı (DÇ-2022) davam edir. Arena.az xəbər verir ki, bu gün mundialda 1/8 final mərhələsinə start verilib.
İlk oyun günündə 2 qarşılaşma baş tutub. Günün ilk matçında Niderland millisi ABŞ yığması ilə üz-üzə gəlib. “Xəlifə” stadionunda keçirilən oyunu braziliyalı FİFA referisi Vilton Sampayo idarə edib. Dörd qolun qeydə alındığı matçda Avropa təmsilçisi inamlı qələbəyə sevinib. Nəticədə Niderland yığması ilk 1/4 finalçı olub.
Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında keçirilib. “Əhməd ibn-Əli” stadionunda baş tutan qarşılaşmanın baş hakimi polşalı Şimon Marçinyak olub. Üç qolun qeydə alındığı matçda sevinən tərəf Argentina yığması olub.
Beləliklə, 1/4 finalın ilk iki iştirakçısının – Argentina və Niderland yığmalarının yarımfinala vəsiqə uğrunda mübarizə aparacağı dəqiqləşib. Bu iki komanda arasındakı oyun dekabrın 9-da keçiriləcək.
DÇ-2022
1/8 final
3 dekabr
Niderland – ABŞ 3:1
Qollar: Memfis Depay, 10. Deyli Blind, 45+1. Denzel Dumfris, 81 – Haci Rayt, 76.
Baş hakim: Vilton Sampayo (Braziliya).
“Xəlifə” stadionu.
Niderland: 23. Andris Noppert, 2. Yurryen Timber, 4. Vircil Van Deyk, 5. Natan Ake, 22. Denzel Dumfris, 15. Marten De Ron, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo.
ABŞ: 1. Mett Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uoker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkenni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra.
Argentina – Avstraliya 2:1
Qollar: Lionel Messi, 35. Xulian Alvares, 57 – Entso Fernandes, 77-öz qapısına.
Baş hakim: Şimon Marçinyak (Polşa).
“Əhməd ibn-Əli” stadionu.
Argentina: 23. Emiliano Martines, 26. Nauel Molina, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Alexandro Qomes, 10. Lionel Messi (k), 9. Xulian Alvares.
Avstraliya: 1. Metyu Rayan (k), 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Kianu Bakkus, 7. Metyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri.