DÇ-2022: Türkiyə millisi yenə xal itirdi, Almaniya qalib gəldi

Futbol üzrə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 7-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə E, G, H və J qrupları üzrə ümumilikdə 11 qarşılaşma baş tutub.

E qrupunda Estoniya millisi Belarusu məğlub yola salıb. Çexiya yığması isə Uelslə ev oyunundan heç-heçə ilə ayrılıb.

G qrupunda Türkiyə millisi Şenol Günəşin gedişindən sonra yeni baş məşqçisi Ştefan Kuntsun rəhbərliyi altında ilk oyununa çıxıb. “Ay-ulduzlular” “Şükrü Saracoğlu” stadionunda Norveçi sınağa çəkib və növbəti xal itkisi ilə üzləşib. Bu qrupun digər matçlarında Monteneqro səfərdə Cəbəllütariqə, Niderland isə Latviyaya qalib gəlib.

H qrupunda Malta Sloveniya ilə, Kipr isə Xorvatiya ilə ev oyununda darmadağına üzülüb. Rusiya isə Slovakiya ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.

J qrupunda da 3 oyun keçirilib. Lider Almaniya evdə Rumıniya üzərində əzmkar qələbəyə sevinib. Ermənistan səfərdə İslandiya ilə heç-heçəyə razılaşıbsa, Şimali Makedoniya Lixtenşteyni 4 cavabsız qolla yenib.

DÇ-2022-nin seçmə mərhələsi
7-ci tur
8 oktyabr

E qrupu

Estoniya – Belarus 2:0
Qol: Sorqa, 58. Zenyov, 90+3.

Çexiya – Uels 2:2
Qol: Peşek, 38. Uard, 49-öz qapısına – Remsi, 36. D.Ceyms, 69.

Belçika – 16, Çexiya – 8, Uels – 8, Estoniya – 4, Belarus – 3.

G qrupu

Cəbəllütariq – Monteneqro 0:3
Qol: Maruşiç, 7. Beqiray, 44; 68.

Latviya – Niderland 0:1
Qol: Klaassen, 19.

Türkiyə – Norveç 1:1
Qol: K.Aktürkoğlu, 6 – Torstvedt, 41.

Niderland – 16, Norveç – 14, Türkiyə – 12, Monteneqro – 11, Latviya – 5, Cəbəllütariq – 0.

H qrupu

Malta – Sloveniya 0:4
Qol: İliçiç, 27; 60. Şporar, 50. Sesko, 67.

Kipr – Xorvatiya 0:3
Qol: Perişiç, 45+2. Qvardiol, 80. Livaya, 90+2.

Rusiya – Slovakiya 1:0
Qol: Şkrinyar, 24-öz qapısına.

Xorvatiya – 16, Rusiya – 16, Sloveniya – 10, Slovakiya – 9, Malta – 4, Kipr – 4.

J qrupu

Lixtenşteyn – Şimali Makedoniya 0:4
Qol: Velkovski, 39. Alioski, 66-pen. Nikolov, 74. Çurlinov, 83.

İslandiya – Ermənistan 1:1
Qol: Yohannesson, 77 – Hovhannisyan, 35.

Almaniya – Rumıniya 2:1
Qol: Qnabri, 52. Müller, 81 – Haci, 9.

Almaniya – 18, Şimali Makedoniya – 12, Ermənistan – 12, Rumıniya – 10, İslandiya – 5, Lixtenşteyn – 1.