DÇ-2023: Azərbaycan millisi seçmə mərhələni 7 xalla bitirdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib. Arena.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda E qrupunda Bosniya və Herseqovina yığmasıyla qarşılaşıb.

Mərdəkandakı “Dalğa Arena”da baş tutan qarşılaşmada qalib müəyyənləşməyib. Hesabı ikinci hissədə qonaqlar açsa da, millimiz buna cəmi 3 dəqiqə sonra cavab verə bilib.

Bu heç-heçədən sonra Azərbaycan millisi xalını 7-yə yüksəldib və 4-cü pillədə qalıb. Komandamız seçmə mərhələni 2 qələbə, 1 heç-heçə və 7 məğlubiyyətlə başa vurub.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
6 sentyabr

Azərbaycan – Bosniya və Herseqovina 1:1
Qollar: Nazlıcan Parlak, 67 – Minela Qaçaniça, 64.
Hakimlər: Maika Vanderstixel, Solenne Bartnik, Klotilde Brassar, Savina Elbur (Hamısı Fransa).
Bakı. “Dalğa Arena”. Saat 20:00.

Azərbaycan: 1. Şərifova Aytac, 2. Məmmədova Diana (20. Bozdağ Peritan, 70), 4. Mirzəliyeva Nigar, 5. Əhmədova Ayşən, 6. Manya Esra (17. Hacıyeva Vüsalə, 90), 7. Mollayeva Manə, 9. Cəfərzadə Sevinc (k) (11. Seyfəddinova Vüsalə, 90), 10. Bakarandze Kristina, 13. Hacıyeva Nərgiz (3. Məhsimova Jalə, 77), 16. Parlak Nazlıcan (23. Acar Yeliz, 70), 18. Dorofeyeva Alina.
Ehtiyat oyunçular: 12. İsmayılova Günay, 22. Əliyeva Nərgiz, 8. Teymurova Firəngiz, 11. Seyfəddinova Vüsalə, 14. Əliyeva Coşqunə, 15. Məmmədova Kamilla, 19. Rəhimova Sona.
Baş məşqçi: Siyasət Əsgərov.
Bosniya və Herseqovina: 1. Envera Hasanbegoviç, 3. Ena Şabanagiç, 4. Gloria Slişkoviç (15. Andrea Gavric, 77), 5. Melisa Hasanbegoviç (k), 6. Mariya Milinkoviç, 7. Dayana Spasoyeviç (19. Minela Qaçaniça, 46), 8. Mariya Aleksiç, 10. Selma Kapetanoviç, 13. Zerina Piskiç, 17. Amela Krşo, 20. Maya Jelçiç (16. Ena Taslidza, 64).
Ehtiyat oyunçular: 12. Almina Hodziç, 22. İndira Fakoviç, 2. Alma Kameriç, 9. Milena Nikoliç, 11. Meryema Mediç, 14. Dula Velagic, 18. Sofiya Krajşumoviç, 21. Nikolina Miloviç, 23. Alma Krajniç.
Baş məşqçi: Samira Huren.

Xal durumu: Danimarka – 27, Bosniya və Herseqovina – 11, Monteneqro – 9, Azərbaycan – 7, Malta – 7, Rusiya – 15.