2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 9-cu turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun dörd qarşılaşması ötən gecə baş tutubsa, biri bu gecə oynanılacaq.
Dünya çempionatının və Amerika Kubokunun sonuncu qalibi Argentina yığması səfərdə Venesuela ilə heç-heçəyə razılaşıb.
Çilinin qonağı olan beşqat dünya çempionu Braziliya isə bu turu qalibiyyətlə başa vurub.
Boliviya yığması doğma meydanda Kolumbiyanı tək qolla üstələyib. Ekvador – Paraqvay matçında isə qapılara qol vurulmayıb.
Peru və Uruqvay yığmalarının oyunu bu gecə Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
9-cu tur
11 oktyabr
Boliviya – Kolumbiya 1:0
Qol: Migelito, 58.
Ekvador – Paraqvay 0:0
Venesuela – Argentina 1:1
Qollar: S.Rondon, 65 – N.Otamendi, 13.
Çili – Braziliya 1:2
Qollar: E.Varqas, 2 – İ.Da Krus, 45+1. L.Henrike, 89.
Xal: Argentina – 19. Kolumbiya – 16. Uruqvay – 15. Braziliya – 13. Ekvador – 12. Boliviya – 12. Venesuela – 11. Paraqvay – 10. Çili – 5. Peru – 3.


