DÇ-2026: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı

Futbol üzrə Azərbaycan millisinin 2016-cı ildə keçiriləcək dünya çempionatının (DÇ-2026) seçmə mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Arena.az xəbər verir ki, D qrupunda yer alan yığmamız ilk olaraq sentyabrın 5-də səfərdə İslandiyanın qonağı olacaq.

Sonuncu oyun isə Fransa/Xorvatiya cütünün qalibi ilə doğma meydanda olacaq.

Millimizin yer aldığı qrupun oyunlarının təqvimini təqdim edirik:

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu

2025-ci il

5 sentyabr
23:45. İslandiya – Azərbaycan
23:45. Ukrayna – Fransa/Xorvatiya cütünün qalibi

9 sentyabr
21:00. Azərbaycan – Ukrayna
23:45. Fransa/Xorvatiya cütünün qalibi – İslandiya

10 oktyabr
23:45. Fransa/Xorvatiya cütünün qalibi – Azərbaycan
23:45. İslandiya – Ukrayna

13 oktyabr
23:45. İslandiya – Fransa/Xorvatiya cütünün qalibi
23:45. Ukrayna – Azərbaycan

13 noyabr
21:00. Azərbaycan – İslandiya
23:45. Fransa/Xorvatiya cütünün qalibi – Ukrayna

16 noyabr
21:00. Azərbaycan – Fransa/Xorvatiya cütünün qalibi
21:00. Ukrayna – İslandiya

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.