DÇ-2026: İsa yenə 90 dəqiqə oynadı, Pakistan mərhələ adladı

Bu gün 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Asiya zonası üzrə seçmə mərhələsinin növbəti oyunları baş tutub.

Arena.az xəbər verir ki, ilkin seçmə mərhələnin cavab oyunlarından sonra həm mundualda iştirak şanslarını itirən ilk komandalar, həm də növbəti mərhələyə vəsiqə qazanan kollektivlər məlum olub.

Belə ki, Sinqapur, Əfqanıstan, Pakistan, Yəmən, Çin Taypeyi, Myanmar, Banqladeş, Honq Konq, Nepal və İndoneziya yığmaları DÇ-yə vəsiqə şanslarını davam etdirirlər.

Yeri gəlmişkən, Pakistan millisinə dəvət almış “Sumqayıt”ın futbolçusu İsa Suliman da bu gün seçmə mərhələ görüşünün iştirakçısı olub. Kamboca ilə ev oyunu 1:0 hesablı qələbə ilə yekunlaşıb. Meydana start heyətində çıxan “Sumqayıt”ın müdafiəçisi sona qədər oynayıb. Bu komadalar arasındakı ilk oyunda hesab açılmamışdı.

DÇ-2026-nın seçmə mərhələsi
İlkin mərhələnin cavab oyunları
17 oktyabr

Quam – Sinqapur 0:1 (ilk oyun 1:2)
Monqolustan – Əfqanıstan 0:1 (0:1)
Pakistan – Kamboca 1:0 (0:0)
Şri Lanka – Yəmən 1:1 (0:3)
Şərqi Timor – Çin Taypeyi 0:3 (0:4)
Makau – Myanmar 0:0 (1:5)
Banqladeş – Maldiv adaları 2:1 (1:1)
Butan – Honq Konq 2:0 (0:4)
Laos – Nepal 0:1 (0:0)
Bruney – İndoneziya 0:6 (0:6)