DÇ-2026: Millimiz İslandiya ilə başlayıb, Fransa ilə bitirəcək

Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının (DÇ-2026) seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin ötən gecə keçirilmiş cavab matçlarından sonra mümkün olub.

Ukrayna və İslandiya komandalarının ardından Fransa yığması da millimizin yer aldığı D qrupuna düşüb. “Xoruzlar” Xorvatiyanı üstələməklə buna nail olublar. Komandalar arasında baş tutan hər iki matçı meydan sahibi olan tərəf 2:0 hesabı ilə üstün tamamlayıb. Parisdəki cavab qarşılaşmasının penaltilər seriyasında 5:4 hesablı qələbə qazanmış Fransa yığması cütün qalibi olub.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu

5 sentyabr 2025
22:45. İslandiya – Azərbaycan
22:45. Ukrayna – Fransa

9 sentyabr
20:00. Azərbaycan – Ukrayna
22:45. Fransa – İslandiya

10 oktyabr
22:45. Fransa – Azərbaycan
22:45. İslandiya – Ukrayna

13 oktyabr
22:45. İslandiya – Fransa
22:45. Ukrayna – Azərbaycan

13 noyabr
21:00. Azərbaycan – İslandiya
23:45. Fransa – Ukrayna

16 noyabr
21:00. Azərbaycan – Fransa
21:00. Ukrayna – İslandiya

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.