Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış millimiz 4-cü tur çərçivəsində Ukrayna yığması ilə üz-üzə gəlib.
Sözügedən qarşılaşma məlum səbəblərdən Polşada keçirilib. “Krakoviya” stadionunda təşkil edilmiş qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Sebastyan Qişamer olub.
Ukrayna yığması Azərbaycan millisi üçün tanış rəqib idi. Sözügedən komanda ilə bu günə qədər 3 oyun keçirmişdik. Bunlardan sonuncusu elə bu seçmə mərhələyə təsadüf etmişdi. Bakıdakı görüşdə qalib müəyyənləşməmişdi – 1:1. Ondan əvvəlki oyunlar isə yoxlama görüşü çərçivəsində olub. 2006-cı ildə Bakıda keçirilmiş ilk görüşdə qapılara qol vurulmayıb. Elə həmin ilin avqustunda Kiyevdə keçirilmiş oyunda isə millimiz 0:6 hesablı darmadağına üzülüb.
Azərbaycan millisi bu seçmə mərhələyə uğursuz başlayıb. Komandamız ilk turda İslandiyaya səfərdə 0:5 hesabıyla uduzub. 3 gün öncə Fransa ilə səfər oyunumuzda da 0:3 hesablı məğlubiyyət qeydə alınıb.
Elə Ukrayna ilə səfər oyunu da komandamızın növbəti məğlubiyyəti ilə yekunlaşıb. Üç qolluq görüşdə ukraynalılar çətin qələbəyə seviniblər – 2:1.
Qeyd edək ki, bu gün keçirilmiş D qrupunun digər oyununda İslandiya Fransa yığmasını qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 oktyabr
Ukrayna – Azərbaycan 2:1
Qollar: Aleksey Qutsulyak, 30. Ruslan Malinovski, 64 – Nəriman Axundzadə, 45+3.
Hakimlər: Sebastyan Qişamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann (Avstriya).
VAR: Manuel Şuettenqruber (Avstriya).
AVAR: Kristian-Petru Çiokirça (Avstriya).
Polşa. “Krakoviya” stadionu. Saat 22:45.
Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 8. Ruslan Malinovski, 9. Aleksey Hutsulyak, 11. Artyom Dovbik, 13. İlya Zabarnı, 15. Oleq Oçeretko, 16. Vitali Mikolenko, 18. Yeqor Yarmolyuk, 19. Nazar Voloşin, 22. Mikola Matviyenko (k).
Ehtiyat oyunçular: 1. Georgi Buşçan, 23. Dmitro Rıjnik, 3. Boqdan Mixayliçenko, 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 6. Volodimir Brajko, 7. Vladislav Vanat, 10. Mikola Şaparenko, 14. Aleksandr Nazarenko, 17. Artyom Bondarenko, 20. Vladislav Veleten, 21. İvan Kalyujnı.
Baş məşqçi: Sergey Rebrov.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Faiq Hacıyev, 6. Murad Xaçayev, 10. Mahir Emreli, 11. Rüstəm Əhmədzadə, 16. Rəhman Daşdəmirov, 18. Cəlal Hüseynov, 20. Səbuhi Abdullazadə, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.



