DÇ-2026: “Sumqayıt”ın müdafiəçisi Kambocaya qarşı oynadı

Bu gün 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Asiya zonası üzrə seçmə mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, bu gün ilkin seçmə mərhələnin birinci oyunları baş tutub.

Bəzi qarşılaşmalarda böyük hesabla qalib gələn komandalar demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin ediblər. Amma istənilən halda mərhələ adlayacaq bütün komandaların adına oktyabrın 17-də baş tutacaq cavab görüşlərindən sonra aydınlıq gələcək.

Yeri gəlmişkən, Pakistan millisinə dəvət almış “Sumqayıt”ın futbolçusu İsa Suliman da bu gün seçmə mərhələ görüşünün iştirakçısı olub. Kamboca ilə görüş 0:0 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan “Sumqayıt”ın müdafiəçisi sona qədər oynayıb. Bu komadalar arasındakı növbəti oyun da oktyabrın 17-də Pakistanda keçiriləcək.

DÇ-2026-nın seçmə mərhələsi
İlkin mərhələnin birinci oyunları
12 oktyabr

Myanmar – Makau 5:1
Çin Taypeyi – Şərqi Timor 4:0
Maldiv adaları – Banqladeş 1:1
Sinqapur – Quam 2:1
Nepal – Laos 1:1
Kamboca – Pakistan 0:0
Honq Konq – Butan 4:0
İndoneziya – Bruney 6:0
Əfqanıstan – Monqolustan 1:0
Yəmən – Şri Lanka 3:0