DÇ-2026: Türkiyə Gürcüstana, İtaliya İsrailə qarşı

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Arena.az xəbər verir ki, E, F, I və K qrupları çərçivəsində daha 8 qarşılaşma baş tutacaq.

Türkiyə millisi evdə Gürcüstan yığması ilə qarşılaşacaq. İtaliya millisi İsraillə, İspaniya yığması Bolqarıstanla üz-üzə gələcək. İngiltərə seçməsi isə səfərdə Latviya ilə görüşəcək.

DÇ-2026-nın seçmə mərhələsi
14 oktyabr

E qrupu

22:45. İspaniya – Bolqarıstan
22:45. Türkiyə – Gürcüstan

Xal: İspaniya – 9. Türkiyə – 6. Gürcüstan – 3. Bolqarıstan – 0.

F qrupu

22:45. Portuqaliya – Macarıstan
22:45. İrlandiya – Ermənistan

Xal: Portuqaliya – 9. Macarıstan – 4. Ermənistan – 3. İrlandiya – 1.

I qrupu

20:00. Estoniya – Moldova
22:45. İtaliya – İsrail

Xal: Norveç – 18. İtaliya – 12. İsrail – 9. Estoniya – 3. Moldova – 0.

K qrupu

22:45. Latviya – İngiltərə
22:45. Andorra – Serbiya

Xal: İngiltərə – 15. Albaniya – 11. Serbiya – 7. Latviya – 5. Andorra – 1.

Xəbəri istədiklərinizlə paylaşın