Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Zeynal Zeynalovun çalışdırdığı komandamız startda Moldova yığması ilə qarşılaşacaq.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq oyuna saat 18:45-də start veriləcək.
Xatırladaq ki, dünya çempionatının seçmə mərhələ oyunları Bakıda keçirilir. Bu gün A qrupunun digər görüşündə İtaliya və Estoniya seçmələri qarşılaşacaqlar. Bu oyun isə 13:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi DÇ-nin seçmə mərhələ oyunları üçün bu oyunçuları sifariş edib:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
İsa Zeynalli
Sabir Allahquliyev
Ramil Əliyev
Kamran Qürbətov
Amid Nəzərov
Hüseyn Axundov
Tural Qurbatov