De Bröyne – Premyer Liqanın ən çox əməkhaqqı alan futbolçusu

“Mançester Siti”nin belçikalı hücumameylli yarımmüdafiəçisi Kevin De Bröyne İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçudur.

Arena.az bu barədə Fransanın nüfuzlu “Ekip” nəşrinə istinadən məlumat verir.

De Bröynenin qazancı ayda 2,02 milyon avro məbləğindədir.

İngiltərə Premyer Liqasının ən çox maaş alan futbolçularının beşliyini təqdim edirik:

  1. Kevin De Bröyne (“Mançester Siti”) – ayda 2,02 milyon avro;
  2. Erlinq Haland (“Mançester Siti”) – ayda 1,9 milyon avro;
  3. Məhəmməd Salah (“Liverpul”) – ayda 1,77 milyon avro;
  4. Kazemiro (“Mançester Yunayted”) – ayda 1,77 milyon avro;
  5. Rafael Varan (“Mançester Yunayted”) – ayda 1,72 milyon avro.