De Byazi: “Oyundan öncə seçim arasında qalmışdım”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Avstriya yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis 1:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq. İkinci qoldan sonra isə inamı itirdik. Son dəqiqələrə qədər bizə çətin oldu. Çox əziyyət çəkdik”.

Canni De Byazi heyətlə bağlı seçimlərindən də söz açıb: “Bu gün millidə debüt edən Yusif İmanov və Azər Əliyev gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim arasında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik”.