De la Fuente: “Ölkəmiz üçün vacib bir iş görürük”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasında İsveçrə yığması üzərində böyükhesablı qələbəni şərh edib.

Arena.az xatırladır ki, “qırmzı qəzəb” yarışın A Liqasının 4-cü qrupunun 2-ci turu çərçivəsində səfərdə keçirilmiş bu oyunda İsveçrə yığmasını 4:1 hesabı ilə məğlub edib.

“Biz ölkəmiz üçün vacib bir iş görürük, axı insanlar özlərini bu komanda ilə eyniləşdirə bilirlər. Mən uşaqlarımla və komandamızla böyük qürur duyuram, bu da məni heyrətləndirməyə davam edir”, – De la Fuenta matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

2 turdan sonra İspaniya yığması A Liqasının 4-cü qrupunda 4 xalla 2-ci pillədə qərarlaşıb. Qrupa 6 xalla Danimarka yığması başçılıq edir. Serbiya yığması 1 xalla 3-cü, xalsız İsveçrə yığması isə 4-cü pillədə qərarlaşıb.