De la Fuente onu dünyanın ikinci ən yaxşı yarımmüdafiəçisi sayır

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente “Real Sosyedad”ın ispan yarımmüdafiəçisi Martin Subimendi haqda fikrini bildirib.

Arena.az “Mirror” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Şübhəsiz ki, Rodri dünyanın ən yaxşı yarımmüdafiəçisidir, amma Martin Subimendi ondan sonra bu siyahıda ikincidir. O, hər an özünəinam təcəssüm edir və sığortası olmayan kəndir üzərində kəndirbazlıq edərkən, əsəbiləşmir. Martin bizə, ondan istədiyimiz hər şeyi verir. O, fantastik istedaddır. Əla oyunçudur. Mənim üçün, dediyim kimi, o, Rodridən sonra dünyanın ikinci ən yaxşı futbolçusudur”, deyə Luis de la Fuente vurğulayıb.

Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Martin Subimendi İspaniyanın “Real Sosyedad” klubunun yetirməsidir. Subimendinin bask klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Subimendi “Real Sosyedad” üçün 10 oyun keçirib, 1 qol vurub.

Subimendinin “Real Sosyedad”ın heyətində çıxışının ümumi mənzərəsi isə 198 oyun, 9 qol və 7 məhsuldar ötürmədən ibarətdir.

Martin Subimendi 2021-ci ilin iyununda debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyuna çıxıb. O, bu oyunlarda 1 qolla fərqlənib.

Martin Subimentinin qənimətlər muzeyində “Real Sosyedad”la qazandığı İspaniya Kral Kuboku (2019/2020) və İspaniya yığması ilə əldə etdiyi UEFA Millətlər Liqası kuboku (2023) və Avropa çempionluğu (2024) var.

“Transfermarkt” internet-portalı 25 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.