De Laurentis: “Barselona”ya rəqib olduğumuz üçün çox şadam”

“Napoli”nin prezidenti Aurelio De Laurentis Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının komandası üçün nəticəsini şərh edib.

Arena.az xatırladır ki, püşk “Napoli”yə “Barselona”nı rəqib edib:

“Püşkatmanın nəticələri? Mən çox şadam. “Barselona” da “Napoli” qədər layiqli komandadır”, – “Tuttomercatoweb” dərgisi De Laurentisdən sitat gətirir.

Xatırladaq ki, dekabrın 18-də UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil-qərargahında Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

1/8 final mərhələsinin ilk oyunları 2024-cü il fevralın 13-ü, 14-ü, 20-si və 21-də, cavab oyunları isə martın 5-i, 6-ı, 12-si və 13-də keçiriləcək.

2023/2024 mövsümünün UEFA Çempionlar Liqasının finalı 2024-cü il iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.