“Mançester Yunayted”in müdafiəçisi Matteys de Liqt “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçisi Erik ten Haq haqda fikrini bildirib.
Arena.az niderlandlı futbolçunun bu barədə fikirlərini təqdim edir:
“O, həqiqətən tələbkardır. Hər gün, hər an məşq tələb edir, çox xüsus tələb edir. Təkcə məşq meydançasında deyil, həm də ondan kənarda: özünüzü necə aparırsınız, bədəninizə necə qulluq edirsiniz, necə istirahət edirsiniz, necə yatırsınız. O, həqiqətən də nizam-intizamı sevir”, deyə De Liqt bildirib.
Xatırladaq ki, Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 118 oyuna çıxarıb, 69 qələbə, 15 heç-heçə, 34 məğlubiyyət yaşayıb. Topların fərqi isə 216:169 nisbətindədir.
Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.
Xatırladaq ki, daha əvvəl İngiltərə Premyer Liqanın 3-cü turunda evdə “Liverpul”a məğlubiyyət Erik ten Haq üçün xoşagəlməzliklə nəticələnib. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ın Old Trafford”da 0:3 hesablı məğlubiyyəti mənzərəsində “Mançester Yunayted” azarkeşlərinin ağır tənqidi ilə üzləşib.
“Mançester Yunayted” bu mövsüm Premyer Liqada keçirdiyi 3 oyunda cəmi 3 xal qazanıb (1 qələbə, 2 məğlubiyyət) və 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.