Almaniyanın “Bayern” klubunun müdafiəçisi Matteys de Liqt komandasının “Leypsiq”ə 1:3 hesablı məğlubiyyətini şərh edib.
Arena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, De Liqt bunları söyləyib:
“Bayern”in paltardəyişmə otağında indi ölü sükutu var. Dortmund “Borussiya”sı? Biz yalnız özümüzə diqqət etməliyik. Biz heç də yaxşı oynamadıq”.
Xatırladaq ki, “Bayern” Bundesliqa oyununda “Leypsiq”ə məğlub olmaqla çempionluq şanslarına kölgə salıb. 33 oyundan 70 xal toplamış Dortmund “Borussiya”sı münhenlilərin büdrəməsindən istifadə edərək sona bir tur qalmış liderliyi ələ keçirib. 68 xalq toplamış “Bayern” ikinci sıradadır.