De Rossi “Roma”da ilk məğlubiyyətini şərh etdi

“Roma”nın baş məşqçisi Daniele De Rossi “canavarlar”ın İtaliya A Seriyasının lideri “İnter”lə ev oyununda məğlubiyyətini (2:4) şərh edib.

Arena.az DAZN portalına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz öz futbolumuzu oynadıq. “İnter” kimi komandalar kimi oynamaq istəyiriksə, heç vaxt səviyyəmizi aşağı sala bilmərik, əks halda sizi cəzalandıracaqlar.

Birinci hissəni “İnter”lə bərabər şəraitdə keçirdik. Əlbəttə ki, sonda uduzduğumuz üçün üzülürəm, çünki asanlıqla heç-heçə edə bilərdik. Mən bizim uşaqlarla fəxr edirəm, amma biz işimizin fiziki tərəfini yaxşılaşdırmalıyıq. Çünki “İnter” kimi komandalara qarşı 90 dəqiqə ərzində nəbzi saxlamaq lazımdır, rahatlaşa bilməzsən.

Mən futbolçuyam, Spalettinin oğluyam, o deyirdi ki, uduzanda hər zaman bunun səbəbini anlamaq lazımdır”, deyə De Rossi vurğulayıb.

Xatırladaq ki, Joze Mourinyonun istefasından sonra baş məşqçi təyin olunmuş De Rossinin gəlişindən sonra “Roma” ardıcıl 3 qələbəyə sevinmişdi. Onun komandasının uğurlu seriyası məhz liderlə matçda başa çatıb.

23 oyundan sonra “İnter” A Seriyasında 60 xalla liderliyini sürdürür. “Roma” isə 24 oyundan 38 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.