De Xea: “Heç vaxt karyeramı bitirmək haqda düşünməmişəm”

“Fiorentina”nın ispan qapıçısı David de Xea futbol karyerasına mümkün xitam haqda düşünüb-düşünmədiyinə dair sualı cavablayıb.

Arena.az “Mirror” dərgisinə istinadən, ispan qapıçının bu barədə cavabını təqdim edir:

“Karyerama xitam vermək haqda heç vaxt düşünmürdüm. “Mançester Yunayted” yüksək səviyyəli klubdur, mənim isə ürəyim həmişə bu komanda ilə olacaq. Xitam haqqında heç düşünmədim. “Mançester Yunayted” kimi yüksək səviyyəli klubda 12 ildən sonra həyatda yeni səhifə açmaq üçün ilham mənbəyi tapmaq çətin idi. Sonunda mən bunu “Fiorentina”da tapdım”, deyə ispan qolkiper vurğulayıb.

David “Mançester Yunayted”dən ötən yay ayrılıb. İspan qapıçı maaşının azaldılması şərti ilə də “qırmızı şeytanlar”ın düşərgəsində qalmağa razı idi, amma o vaxt “Mançester Yunayted” rəhbərliyi De Xea ilə müqaviləsini yeniləmək istəməmişdi.

De Xea futbolçu karyerasının 12 ilini “Mançester Yunayted”də keçirib. İspan qapıçı “qırmızı şeytanlar”la İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, 2 dəfə İngiltərə Liqa kuboku, 3 dəfə İngiltərə Super Kuboku, Avropa Liqasını qazanıb. Ümumilikdə De Xea “Mançester Yunayted”in heyətində 545 oyuna çıxıb, 590 qol buraxıb, 190 oyundan “quru” çıxıb.

İspaniya yığmasında 45 oyun keçirmiş David “Mançester Yunayted”dən öncə yalnız yetirməsi olduğu Madrid “Atletiko”sunda forma geyinib.

“Transfermarkt” internet-portalı 33 yaşlı ispan qapıçı David de Xeanın transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.