Deklan Rays “Aston Villa”ya məğlubiyyəti şərh etdi: “Ayıbdır”

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasının 33-cü turunda “Aston Villa”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, London təmsilçisi bu oyunda gözlənilmədən 0:2 hesablı məğlubiyyətə üzülüb.

Deklan Raysın bu oyun barədə fikirlərini təqdim edirik:

“Ayıbdır, çünki birinci hissədə oyunu bitirmək imkanımız oldu. Olsun ki, onlar hissənin sonunda dirəyə tuş gəldilər, amma buna qədər bizim iki-üç qol imkanımız vardı.

Əgər “Aston Villa” kimi keyfiyyətli komandalara qarşı qol imkanınızı dəyərləndirməsəniz, ikinci hissədə sizi qapmaq üçün geri qayıda bilərlər. Bu, Premyer Liqadır, ona görə də yüz dəqiqə diqqətinizi cəmləməlisiniz. İkinci hissədə birinci hissədəki qədər yerimiz yox idi, onlar tələsmirdilər və bizə çoxlu fəsadlar yaradırdılar.

Sonda iki qol vurdular və bizi tamamilə məhv etdilər. Futbolda belə günlər olur”, deyə Rays vurğulayıb.

Deklan Rays “Arsenal”a 2023-cü ilin iyulunda “Vest Hem”dən 116,6 milyon avro müqabilində keçib. İngilis “dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rays “Arsenal”ın heyətində 44 oyuna çıxıb və 6 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, 25 yaşlı Deklan Rays “Çelsi”nin yetirməsi olsa da, 14 yaşından “Vest Hem”də çıxış edib. Ümumilikdə Rays “Vest Hem”in heyətində 245 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, “çəkicdöyənlər”lə Avropa Konfrans Liqasının qalibi olub.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 50 oyuna çıxıb, 3 qol vurub.

“Transfermarkt” internet-portalı Deklan Raysı 110 milyon avro məbləğində qiymətləndirir.