PSJ-nin sağ cinah hücumçusu Usman Dembele parislilərin sol cinah hücumçusu Bradli Barkolanın çıxışı haqda qənaətini açıqlayıb.
Arena.az Dembelenin müvafiq açıqlamasını təqdim edir:
“Bradli əla mövsüm keçirir. Biz hamımız onun çıxışı ilə qürur duyuruq. O, gəncdir və sübut etdi ki, PSJ üçün oynaya bilər. Ümudvarıq ki, sonralar da belə olacaq”, deyə Dembele vurğulayıb.
Bradli Barkola Lion “Olimpik”inin yetirməsidir. Vinger PSJ-yə 2023-cü ilin avqustunda 45 milyon avro müqabilində keçib. Onun Paris klubu ilə müddəti 2028-ci il iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləsi var.
Cari mövsümdə Barkola PSJ-nin heyəyində 48 oyuna çıxıb, 18 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. O, Paris təmsilçisində bütövlükdə 87 matç keçirib, 23 qol və 25 assistlə yadda qalıb.
Barkola Fransanın U-18, U-20, U-21 yığmalarında da oynayıb. Əsas millidə 2024-cü ilin iyun ayında debüt etmiş futbolçu indiyə qədər meydana çıxdığı 11 oyunda 2 qol və 1 asisstlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı vingerin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.