Deşam: “Özümü yox, yığmanı düşünərək qərarlar verirəm”

Fransa yığmasının baş məşqçisi Didye Deşam peşəkar karyerası ərzində məşqçilik qərarlarındakı üstünlüklərində dəyişikliklərdən danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, fransız mütəxəssisin AÇ-2024 ərəfəsində bu barədə səsləndirdiyi fikirlərini təqdim edir:

“Təcrübə ilə mən daha sakitləşdim. Artıq, məşqçilik karyeramın əvvəlində bir neçə illik işdən sonra olduğum qədər çılğın deyiləm. Haqqımızda mətbuatda – televiziyada və ya çap mətbuatında deyilə biləcək hər şeyə qarşı tam immunitetim var. Bu, mənə rahatlıq verir. Əgər təzyiq altındayamsa, bu, sadəcə adrenalindir və yalnız uğur qazandığımız və qalib gəldiyimiz üçün meydna gəlir.

Ən əsası – qarşımızda olandır. Yeni məqsədlər ortaya çıxır, tərəqqi edən oyunçular, daha bir-biri ilə yaxşı qarşılıqdan düşən oyunçular. Əhəmiyyətli olan yalnız bir həqiqət var. O, meydandadır. Taraz komanda qurmağın insani tərəfi kövrək, amma maraqlıdır. Bu, texniki köməkçilərimlə çoxlu düşünməyə və müzakirələrə səbəb olur, amma mən tək işləməkdən və seçim etməkdən də zövq alıram. Qərar qəbul edərkən, mənim üçün deyil, fransız komandası üçün daha yaxşı olacağını düşünütəm”, deyə Deşam vurğulayıb.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda Fransa yığması Polşa, Niderland və Avstriya yığmalarının yer aldığı “D” qrupunda mübarizə aparacaq.