Deşam: “Xorvatlara bizi yenməkdə yardımçı olduq”

Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının 1/4 finalının Xorvatiya yığması ilə ilk oyununu (0:2) şərh edib.

Arena.az TF1 telekanalına istinadən, fransız mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Biz oyuna yaxşı başladıq, amma sonra top itkilərinə, texniki səhvlərə yol verməyə başladıq. Biz rəqibə həddindən artığına imkan verirdik. Xorvatiya yığması fəsadlar yaratmaq üçün kifayət qədər yaxşıdır, biz isə bu işdə ona yardımçı olduq”, deyə Deşam vurğulayıb.

Komandalar arasındakı cavab oyunu martın 23-də Sen-Denidə baş tutacaq.