MLS təmsilçisi “İnter Mayami”nin prezidenti, məşhur Devid Bekhem Milli Basketbol Assosiasiyasının (NBA) Parisdə keçirilən oyununa qatılıb.
Arena.az məlumat verir ki, Bekhem bu oyunu futbolçu ikən komanda yoldaşı olmuş məşhur brazilyalı ulduz Ronaldo və keçmiş NBA oyunçusu Toni Parkerlə birlikdə izləyib.
Hər üç məşhur oyundan xatirə şəkli çəkdiriblər. Devid Bekhem şəkli özünü “X” sosial şəbəkə hesabı üzərindən dərc edib və “Parisdə gözəl axşam” yazısı ilə şərh edib.
“Klivlend Kavalyers” və “Bruklin Nets” arasında keçirilmiş NBA-in müntəzəm mövsüm oyunu 111:102 hesabı ilə “Klivlend Kavalyers”in xeyrinə başa çatıb.
Təhlilçilər vurğulayırlar ki, ötənlərin iki məşhur futbolçusunun Avropa futbolunda qış transfer pəncərəsi zamanı Parisdə bir araya gəlməsi əbəs deyil. Bekhemin ulduz veteranları “İnter Mayami”yə çəkib aparmaq, Ronaldonun isə sahibi olduğu “Kruzeyro”nu satmaq istəyi müqabilində müştəri axtarmaq cəhdlərində olması ehtimal edilir.