“Vest Hem”in baş məşqçisi Devid Moyes Avropa Konfrans Liqasının finalında “Fiorentina”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Bu mövsüm Avropada heç bir oyunda məğlub olmamışıq. Bu, inanılmazdır! Gələn mövsümdə yenidən Avropa Liqasında çıxış edəcəyimiz üçün şadıq. Son dəqiqədə qalib gəlib, qəniməti ailənlə birlikdə bayram etmək hər gün olmur ki… Bu turnir bizim üçün olmazın dərəcədə əntiqə keçdi. Uşaqlar əla çıxış etdilər.
Ötən mövsüm bizə məyusluq gətirdi. Bu məyusluğu super mövsümə çevirdik.
Premyer Liqada və avrokuboklarda eyni vaxtda oynamaq asan deyildi, amma bunun öhdəsindən gəldik. Təkrar edirəm, bu turnir bizim üçün olmazın dərəcədə əntiqə keçdi”.
Xatırladaq ki, “Vest Hem” 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avropa Konfrans Liqasını qazanıb. Oyunda həlledici qolu 90-cı dəqiqədə “Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketanın zərgər dəqiqliyi ilə verdiyi ötürmədən sonra qapıçı ilə təkbətək çıxan vinger Carrod Bouen vurub.