İngiltərənin “Çelsi” klubunun braziliyalı hücumçusu Deyvid Vaşinqton London təmsilçisindən ayrılaraq vətəninə qayıdıb.
Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu yetirməsi olduğu “Santos” klubuna keçib.
Sözügedən klub Deyvidi 2025-ci ilin 31 dekabrına kimi satınalma şərti ilə icarəyə götürüb. Keçidin detalları barədə ətraflı məlumat verilməyib.
Qeyd etdiyimiz kimi, Deyvid Vaşinqton “Santos”un yetirməsidir. “Çelsi” onu 2023-cü ilin avqust ayında 16 milyon avro müqabilində heyətinə qatmışdı. Braziliyalı hücumçu London klubunun əsas komandasında cəmi 3 matça çıxıb və fərqlənə bilməyib. Deyvid “Santos”un əsas komandasında iştirak etdiyi 16 oyunda 2 qola imza atıb.
Vaşinqton Braziliyanın U-20 yığmasında forma geyinsə də, əsas milliyə dəvət almayıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı hücumçunun transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.