“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariyanın həyat yoldaşı Xorxelina Kardoso “Qoca Sinyora”nın bir azarkeşini sərt tənqid edib.
Arena.az xəbər verir ki, A Seriyasının 36-cı turunda “Yuventus”un səfərdə “Empoli”yə 4:1 hesablı məğlubiyyətindən sonra turinlilərin bir azarkeşi sosial şəbəkə hesabında Anxel Di Mariyanı tənqid atəşinə tutub.
Di Mariyanın həyat yoldaşı cavabında ərinin müdafiəsinə qalxaraq məğlubiyyətdə baş məşqçi Massimiliano Alleqrinin təqsirkar olduğunu eyhamla bildirib:
“O, məşqçi deyil və komandanı oyunlara hazırlamır, həmçinin o, müdafiədə yatmağı üstün tutmur. Ağzını yum! Sən gicsən, ya sənə buna görə nəsə ödəyirlər?!”
Xatırladaq ki, bir müddət əvvəl “Qoca Sinyora”nın Di Mariya ilə yollarını ayıracağına dair xəbərlər yayılıb. Buna səbəb kimi klubun transfer strategiyanı göstərilib.
Anxel Di Mariya “Yuventus”a 2022-ci ilin yayında gəlib. O, A Seriyasında 24 oyun keçirib, 4 qol vurub, eyni sayda da məhsuldar ötürmə ilə fərqlənib. 35 yaşlı futbolçu Turin klubunda bütövlükdə 38 oyuna çıxıb, 8 qol və 7 asistlə yadda qalıb.
Anxel Di Mariya əvvəllər PSJ (295 oyun, 93 qol, 119 asist), “Real” (190 oyun, 36 qol, 85 asist), “Benfika” (121 oyun, 15 qol, 28 asist), “Rosario Sentral” (39 oyun, 6 qol) və “Mançester Yunayted”də (32 oyun, 4 qol, 12 asist) də oynayıb. Təcrübəli oyunçu Argentina milli komandasında da 131 oyun keçirib, 29 qola imza atıb.


:format(webp)/cloudfront-us-east-1.images.arcpublishing.com/grupoclarin/NMQROAMA7NGVNP7XXL24PWCW2Y.jpg)




/origin-imgresizer.eurosport.com/2020/05/07/2815425-58073528-2560-1440.jpg)

