Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın “Qızıl topu”nu satışa çıxarmış hərrac evi bu tədbiri dayandırmaq qərarına gəlib.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, hərrac, mərhum Maradonanın ailəsinin nüfuzlu mükafata iddialı olması səbəbindən dayandırılıb.
Əfsanəvi futbolçunun ailə üzvləri “Qızıl top”un oğurlandığını təkid edirlər. Əvvəllər məhkəmə Dieqo Maradonanın qohumlarının iddialarını rədd edərək, hərrac evinə mükafatı satmağa icazə vermişdi, amma hərrac evinin rəhbərlərindən biri belə bir şəraitdə “Qızıl top”u satmağın ən yaxşı fikir olmadığını bildirib.
Xatırladaq ki, müvafiq hərrac iyunun 6-da baş tutmalı idi. Təxirə salınmış tədbirin nə vaxt bərpa ediləcəyi haqda məlumat yoxdur.