Dieqo Maradonanın ölümünə “zəhərli maddə” şübhəsi

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümünə “zəhərli maddə”nin səbəb ola biləcəyi haqda məlumat yayılıb.

Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.

Maradonanın son saatlarında ona necə qulluq etdiklərinə görə mühakimə ediləcək səkkiz həkim və tibb bacısına qarşı cinayət işi açıldığı daha əvvəl bildirilmişdi. Onlar keçmiş futbolçunun vəziyyəti pisləşdiyi halda onu bir neçə saat əzab içində buraxmaqda ittiham edilirlər. Xəstənin bu halında ona nə yeridildiyi müəmmalı olaraq qalır.

Dieqo Maradonanın alkoqolizm və narkomaniyadan müalicə aldığı məlumdur.

Xatırladaq ki, Maradona 2020-ci ilin noyabr ayının 25-də 60 yaşında vəfat edib. Argentinalı əfsanə xroniki ürək çatışmazlığından yaranmış kəskin ağciyər çatışmazlığı nəticəsində dünyasını dəyişib.