Dieqo Simeone “Atletiko”nun qənimətsiz mövsümünü şərh etdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in qənimətsiz mövsümünün yekunları haqda danışıb.

Arena.az “Marca” nəşrinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu mövsümün nə üstünlüklərini, nə də mənfi cəhətlərini görə bilmirəm. Əlbəttə ki, bir anda səhv seçim etdim, bu da uğursuz nəticələrə səbəb oldu, amma qiymətlər vermirəm. Mən həmişə daha yaxşı olmaq istəyirəm. Futbolçularım yaxşı mövsüm keçirdilər. Mən yox.

Liqada tutduğumuz mövqeyi anlayıram. Başa düşürəm ki, biz nəhənglərlə yarışırıq. Biz klubda çox yaxşı işləyirik, medallar qazanmaq üçün dörd yarışın hamısında oynayırıq. Biz çempion olmaq istəyirik, amma bu, asan deyil”, deyə Dieqo Simeone bildirib.

Xatırladaq ki, La Liqanın 37 turundan sonra “Atletiko” 73 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Döşəkçilər”ə bu nəticə növbəti mövsümdə Çempionlar Liqasında iştirak imkanı verir.