Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “Barselona”nı niyə ən yaxşı komanda hesab etiyini əsaslandırıb.
Arena.az “Cadena Ser” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Barsa” – İspaniya La Liqasının ən yaxşı və ən oynaq komandasıdır. Onlar əla surətdə hücum edirlər, onların cari mövsümdəki nəticələri isə öz sözünü deyir”, deyə Dieqo Simeone vurğulayb.
Xatırladaq ki, Dieqo Simeonenin “döşəkçilər”i fevralın 25-də İspaniya Kral Kubokunun yarımfinal oyunu çərçivəsində səfərdə “Barselona”nın sınağında olacaqlar. Cavab oyunu isə aprelin 2-də Madriddə baş tutacaq.