Dieqo Simeone “Barselona” ilə oyunda geri-dönüşü şərh etdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya Kral Kubokunun yarımfinalında “Barselona” ilə səfər oyununu şərh edib.

Arena.az məlumat verir ki, 2:0 hesablı üstünlükdən 2:4 hesabı ilə geri düşmələrinə rəğmən, “döşəkçilər” geri-dönüş edərək, səfərdən 4:4 hesablı heçə-heçə ilə qayıdıblar.

Dieqo Simeone matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“2:4 hesabı “Barselona” kimi bir rəqibə qarşı qarşıdurmada fəsad olardı. Amma 4:4 hesabı qarşıdurmadakı imkanları bərabərləşdirir. Oyun açıq idi, rəqib çox mürəkkəb idi, amma bizim öz alətlərimiz var.

Oyunun gedişində mən başa düşdüm ki, bizə, mərkəzdə daha təravətli oyunçular gərək imiş və Korrera ilə biz, sonda irəliyə oynamaq üçün həmin dərinliyi və cəsarəti əldə edə bildik. Sörlotla biz komandanı qüvvətləndirə bildik… Xulian Alvares isə bu gün inanılmaz iş gördü. Lino hücumun sol qanadında oyuna əla daxil oldu. Mən düşünürəm ki, komanda daha da inamlı olmağa başladı. Hiss edilirdi ki, biz qələbə qazana bilərik”, – “Marca” nəşri argentinalı mütəxəssisdən sitat gətirir.

Komandalar arasında cavab oyunu aprel ayının 2-də Madriddə baş tutacaq.