“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Benfika”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Madrid təmsilçisi Portuqaliya nəhəngi ilə səfər oyununda 0:4 hesablı darmadağına üzülüb.
İspaniya klubunun argentinalı baş məşqçisi matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyun uğursuz alındı, biz onu idarə edə bilmədik. Rəqiblər bütün səhvlərimizdən səmərəli surətdə istifadə etdilər, mən isə onları yaxşı oyun münasibətilə təbrik etmək istəyirəm. “Benfika” oyun boyu özünəinam nümayiş etdirdi və çoxlu qol fürsətləri yaratdı. Yaxşı səviyyəli oyun nümayiş etdirdik, amma bu gün heç kimin istəmədiyi oyun yaşandı… Onsuz da ilk hissədə oyunun bizim yazı üzrə getmədiyi hiss edilirdi. İkinci hissədə isə penalti bizi tamamilə sıradan çıxardı. Yaratmaq istədiyimiz məqamlar da uğurlu alınmadı”, deyə Dieqo Simeone təəssüflə vurğulayıb.
2-ci turdan sonra “Atletiko” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 3 xalla 22-ci pillədə qərarlaşıb. “Benfika” isə 6 xalla 3-cü pillədədir.