Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in sükanı arxasında keçirdiyi ən çətin məqamlardan söhət açıb.
Arena.az “Football España” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə xatirəsini təqdim edir:
“Biz, Çempionlar Liqasının ikinci finalını necə uduzduğumuzu həmişə xatırlayırıq. Bu çox ağır məqam idi. Həmişə deyirəm ki, Çempionlar Liqasını qazanmaq üçün 90 dəqiqə, 120 dəqiqə oynamaq və penaltilər silsiləsini uğurla icra etmək gərəkdir. Biz 120 dəqiqə oynadıq və məğlub olduq, növbəti dəfə isə penaltilərə qədər çatdıq və yenə də uduzduq.
İkinci dəfə daha ağır oldu, mən çox kədərləndim, komandamı çatılması çətin olan yerlərə aparmağa güc-qüvvəmin olub-olmadığına şübhə etdim”, deyə “El-Çolo” ləqəbli Dieqo Simeone xatırlayıb.
Xatırladaq ki, Dieqo Simeonenin rəhbərliyi altında “döşəkçilər” Çempionlar Liqasının 2014-cü və 2016-cı il finallarında əzəli rəqibi “Real”a məğlub olublar.
2014-cü ildə “Real” 90+3-cü dəqiqədə vurduğu qolla məğlubiyyət qaçaraq, oyunu əlavə vaxta daşımış və burada daha üç qol vuraraq, “Atletiko”nu 4:1 hesabı ilə əzmkarcasına məğlub etmişdi. 2016-cı ildə isə “Atletiko” “Real”la əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyunun penaltilər silsiləsində 3:4 hesabı ilə büdrəyərək, acı məğlubiyyət yaşamışdı.