Dieqo Simeone: “Hücumda gücümüz yox idi, müdafiədə zəif idik”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya Kral Kubokunun yarımfinalında Bilbao “Atletik”i ilə oyunu (0:3) şərh edib.

Arena.az xatırladır ki, ilk oyunda evdə 0:1 hesabı ilə məğlub olmuş “Atletiko” ümumi hesabda 0:4 hesabı ilə məğlub olaraq, yarışdakı iştirakını başa vurub.

“İlk görüşdə 0:1 hesablı məğlubiyyətimiz rəqibin səviyyəsindən xəbər verir. Cavab görüşündə 0:3 hesablı məğlubiyyət onların gördüyü işlərdən xəbər verir. Görüşün əvvəlində daha yaxşı idarə etməli olduğumuz üç fürsətimiz vardı. Qol vurub bu oyuna düşmək imkanımız oldu, amma bacarmadıq. Hücumda gücümüz yox idi, müdafiədə zəif idik. Rəqibi qələbə münasibətilə təbrik etməyə dəyər”, – AS dərgisi argentinalı mütəxəssisdən sitat gətirir.

Finala vəsiqə qazanmış “Atletik” həlledici oyunda “Malyorka” ilə qarşılaşacaq. Final oyunu aprelin 6-da Sevilyanın “Olimpiya Stadionu”nda, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

Xatırladaq ki, İspaniya Kral Kubokunun cari qalibi “Real”dır.