Dieqo Simeone “İnter”ə məğlubiyyətə aydınlıq gətirdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “İnter”ə məğlubiyyəti (0:1) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz kifayət qədər yaxşı çıxış etdik. Bu gün etməyi planlaşdırdığımıza yaxın idik. “İnter”in bizim qarşı yaratdığı çox yaxşı hücumların qarşısını kəsməli olduq. Nəhayət əks-hücumlarda topu itirdiyimiz zaman qapıya yol tapmaq üçün çoxlu imkanlardan yararlandılar.

Biz təkmilləşməyə, duellərdə qalib gəlməyə, daha fəal qaçmağa və daha yaxşı olmağa davam etməliyik. Əminəm ki, bu, öz bəhrəsini verəcək”, deyə Dieqo Simeone cavab qarşılaşmasına ümidli olduğu başa düşməyə əsas verib.

Xatırladaq ki, “Atletiko” cavab oyunu çərçivəsində “İnter”i martın 13-də Madriddə qonaq edəcək.