Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında qarşılaşacağı “İnter”lə oyun haqda fikirlərini paylaşıb.
Arena.az “Football Italia” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Çox güclü rəqiblə qarşılaşacağıq, “İnter” ötən mövsüm Çempionlar Liqasının finalına çıxmış və bu mövsüm A Seriyasında çox yaxşı çıxış edən, Avropanın ən yaxşı komandalarından biridir.
İtaliya Super Kubokunu qazanıblar və bu mövsüm cəmi bir oyundada məğlub olublar. “İnter” sadə futbol oynayır, amma çox səmərəlidir. Üstəlik, bu komandada məşqçinin onlara aşıladığı fərdilik var.
“İnter”lə bağlı hər şeyi bəyənirəm. Onların əla komanda ruhu var və yarımmüdafiə xətti çox yüksək tezlik nümayiş etdirir. Onların çox məhsuldar hücumu var”, deyə Dieqo Simeone vurğulayıb.
Xatırladaq ki, komandalar arasında ilk oyun fevralın 20-də “Cüzeppe Meatsa” stadionunda baş tutacaq (Bakı vaxtı ilə 21 Fevral, saat 00:00).