“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “döşəkçilər”in futbolçularının Səudiyyə Ərəbistanı komandalarına mümkün keçidindən danışıb.
Arena.az “Football Espana” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Heç vaxt asan olmur, çünki transferlər bir nəfərdən asılı deyil. Kimsənin gedə biləcəyi halda, sən heç vaxt rahat ola bilməzsən. Bunlar duyğulardır, amma indi fərqli hissdir, çünki qışda bazarda yayda olduğundan daha az hərəkət olur.
Daha sonra ola bilsin ki, üç futbolçumuz Səudiyyə Ərəbistanına yollansın. Ancaq belə bir fikir var ki, uşaqlar yaxşı işləyirlər, amma bəziləri daha çox oynamaq istəyirlər və bu səbəbdən ayrıla bilərlər. İndi göz qabağındadır ki, biz rəqabət mühitindəyik və heç kimin zəmanətli yeri yoxdur. Rəqabət həmişə xoşdur, xüsusən də onu düzgün qəbul edənlər üçün”, deyə Dieqo Simeone məsələnin mahiyyətini izah etməklə yanaşı, üstüörtülü eyhamından da qalmayıb.
Xatırladaq ki, “Atletiko” İspaniya La Liqasının ilk dövrəsindən, 19 turdan sonra 38 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Vurğulayaq ki, “döşəkçilər” 48 xalla La Liqaya başçılıq edən “Real”a cari mövsümdə ilk və yeganə məğlubiyyət (3:1) yaşatmış kollektivdir.