Dieqo Valensiya İtaliya klubunu “Atromitos”a dəyişdi

Futbol üzrə Çili yığmasının və İtaliyanın “Salernitana” klubunun hücumçusu Dieqo Valensiya A Seriyası təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, 23 yaşlı forvard Yunanıstanın “Atromitos” klubuna keçib.

Yunanlar gənc hücumçunu 2023/2024 mövsümünün sonuna kimi icarəyə götürüblər. İcarə müddəti gələn ilin 30 iyununa qədərdir.

Dieqo Valensiya Çilinin “Universidad Katolika” klubunun yetirməsidir. O, 2022-ci ilin iyul ayında 2,5 milyon avro qarşılığında “Salernitana”ya keçmişdi. Hücumçu İtaliya klubunun heyətində 13 oyun keçirsə də, fərqlənə bilməyib. O, Çilinin əsas millisində də 4 oyun keçirib, qol vurmayıb.