“Zirə”nin Yunanıstandan olan mərkəz müdafiəçisi Dimitrios Çantakias Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 25-ci turuna təsadüf edib.
Yunanıstanlı futbolçu “Turan Tovuz”la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub. O, “Zirə”nin heyətində çıxdığı 100 Premyer Liqa qarşılaşmasında 6 qol vurub.
Dimitrios Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.
Xatırladaq ki, Dimitrios Çantakias 2020-ci ildən “Zirə”də çıxış edir. O, paytaxt təmsilçisində keçridiyi 117 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Mərkəz müdafiəçisi daha öncə “Çerno More”, “Kerkira”, “Fokikos” və “Panetolikos”da oynayıb.